PRESS NEWS AZERBAIJAN

ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb

10.12.2014

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2014-cü ilin noyabr ayında dövlət büdcəsinə 142 milyon 373 min manat vəsait ödənilib.

 

PressNews.Az-ın ARDNŞ-nin saytına istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, 2014-cü ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 706 milyon 921 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 219 milyon 509 min manat və ya 114,8 faiz çox olub.

 

Bundan əlavə, cari ilin noyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 618 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2014-cü ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 129 milyon 534 min manat təşkil edib.

Please reload

ƏN ÇOX OXUNANLAR