PRESS NEWS AZERBAIJAN

Bəzi rayonlara qaz fasilələrlə veriləcək

10.12.2014

 

Bakının Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

PressNews.Az xəbər verir ki, “Azəriqaz” İB-nin məlumatına görə, Heydər Əliyev prospektində tikilən Vergilər Departamentinin yeni inzibati binasının tikinti sahəsinə düşən diametri 315 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar bu gün saat 16:00-dək Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bundan başqa, dekabrın 10-da saat 10:00-dan 18:00-dək Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Balakən” və “Dəliməmmədli” Qazpaylama stansiyalarında, eləcə də Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Quba” və “Siyəzən” Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

Təmir müddətində Goranboy rayonunun Dəliməmmədli qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Balakən, Quba və Xızı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

Please reload