PRESS NEWS AZERBAIJAN

Kriminal avtoritetlər həbs olundu

10.12.2014

 

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və Baş Narkotiklərə qarşı Mübarizə İdarəsi Bərdə rayonunda əməliyyat keçirib. 

 

PressNews.Az xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, gecəyarısı həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfərdən çox şəxs saxlanılıb.
 
Saxlanılan şəxslərin rayonda narkotik vasitələrin satışı ilə məşğul bildirilir. Onların arasında Bərdədə kriminal vəziyyətə nəzarət etmək iddiasında olanların olduğu da qeyd edilir.
 
Xatırladaq ki, oxşar əməliyyat bir neçə gün əvvəl Hacıqabul rayonunda da həyata keçirilib.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload