top of page

Baş nazirlərin İŞİD müzakirəsi - TAM VİDEO

Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsində rəsmi səfərdə olan Britaniyanın baş naziri Devid Kemeronu qəbul edib. PressNews.Az-;n məlumatına görə, tərəflər görüşdən sonra ortaq mətbuat konfransı keçiriblər. Kemeron çıxışında Britanyinaın İŞİD esktrimistlərinə qarşı savaşı davam etdiricəyini və xarici döyüşçülərin İraq və Suriyaya axınının kökünü kəsmək üçün təziyləri artıracağını bəyan eidb. Kemeron silahlı dəstələrə və ya qruplaşmalara qoşulmaq üçün xarici dövlətə səfər edən Britaniyalı vətəndaşların pasportlarının müsadirəsinə icazə verən yeni qanunvericilik barədə söz açıb. Britaniyalı hökümət başçısı eyni zamanda çıxışnda Suriya məsələsinə də yer ayırıb. “Suriya məsələsinə gəlincə, məncə mövqelərimiz eynidir. Biz Suriyada siyasi keçid görmək istəyirik. Suriyada fərqli hökümət görmək istəyirik, elə hökümət ki, Suriyada yaşayan bütün insanları təmsil etsin. Məncə bir başlanğıc üçün legitim Suriya müxalifətinə dəstək üçün səyləri artırmaq lazımdır, necə ki, bunu bugün Türkiyə və Britaniya edir”. Davudoğlu isə öz çıxışnda isə xarici kütləvi informasiya vasitələrini İŞİD məsələsində Türkiyəyə qarşı təbliğat aparmaqda təqsirləndirib. O heç bir İŞİD liderinin Türkiyə ərazisindən Suriyaya keçmədiyini bəyan edib. “Xarici döyüşçülər gəldikləri ölkələr və ya qonşu ölkələr üçün təhlükə mənbəyidir. Türkiyə onların bizim ərazimizdən keçidinə heç zaman imkan verməyib və ya onların Suriyada fəaliyyətini dəstəkləməyib. Bu döyüşçülər bizim üçün Türkiyədə təhlükə yaradır, xarici döyüşçülərin gəlişi ilə Suriyalıların haqq davası kölgə altında qalıb”. Qeyd edək ki, Ankarada səfəri ilə Kemeron Türkiyənin anti-terrorizm sahəsində daha sıx əməkdaşlığına, kəşfiyyat məlumatlarının o cümlədən hava reyslərindəki sərnişinlərin və ölkədə saxlanılan şübhəlilərin kimliyi barədə daha geniş mübadiləsinə nail olmağa çalışır.

bottom of page