top of page

Bakı metrosunda daha bir faciə: Ölən var

Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasında ölüm hadisəsi olub.

PressNews.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, dünən 4 saylı təcili tibbi yardım briqadasına stansiyada 55-60 yaşlı qadının halının kəskin pisləşməsi ilə bağlı müraciət daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. İlkin müayinədən sonra qadının vəfat etdiyi məlum olub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlum olub ki, dünyasını dəyişən qadın Bakı Metropoliteninin əməkdaşıdır.

Qadının ölüm səbəbi hələlik tam dəqiqləşməyib. Faktla bağlı araşdırmalar aparılır.

bottom of page