top of page

Bakıda xilasedicləri quyuya düşmüş şəxsi belə xilas etdilər - FOTO + VİDEO

Əhmədov yaşıdları ilə tonqal qalayıb isinərkən ehtiyatsızlıqdan quyuya düşüb.

Ötən gecə Balaxanı qəsəbəsində quyuya düşən bir nəfərin köməyə ehtiyacı olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "qaynar xətti”nə məlumat daxil olub.

PressNews.Az APA-ya istinadən xəbər verir ki, dərhal hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar. Məlum olub ki, quyuya düşən şəxs 2000-ci il təvəllüdlü Əhmədov İlkin Fərhad oğludur. O, yaşıdları ilə tonqal qalayıb isinərkən ehtiyatsızlıqdan quyuya düşüb.

Qonşuların sözlərinə görə, evə gec gəldiyini görən valideynləri İlkinin axtarışlarına başlayıblar. Az sonra məlum olub ki, o dostları ilə birgə oynayarkən quyuya düşüb.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarının köməyi ilə havasızlıqdan boğulmaq təhlükəsi ilə üzləşən İ. Əhmədovu xilas edərək ailəsinə təhvil veriblər.

Qeyd edək ki, hadisə zamanı İ. Əhmədov xəsarət almayıb.

VIDEO - Bakıda 30 metr dərinlikdəki quyuya düşən gənc xilas edildi-REAL GÖRÜNTÜLƏR

bottom of page