PRESS NEWS AZERBAIJAN

Baş nazir qələbə qazandı

15.12.2014

 

Yaponiyada dekabrın 14-də keçirilmiş növbədənkənar parlament seçkisinin nəticələri açıqlanıb. Hakim liberal demokratik blok 475 yerlik parlamentdə 325 mandatla təmsil olunmaq hüququ qazanıb: baş nazir Sindzo Abenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası 290, müttəfiq Komeyto Partiyası isə 35 mandat əldə edib. 

 

Müxalifətin əsas təşkilatı olan Demokrat Partiyası parlamentin aşağı palatasına 70 deputat keçirə bilib. 14 dekabr seçkisi İkinci Dünya müharibəsinin bitdiyi 1945-ci ildən bəri ən aşağı seçici fəallığı ilə tarixə düşüb: seçkidə səsvermə hüququ olan vətəndaşların 52 faizi iştirak edib.

 

Son məlumatlara görə, Yaponiyanın əsas müxalifət partiyasının lideri parlament seçkilərində məğlubiyyət üzündən istefa verib. Yaponiya Demokrat  Partiyasının lideri Banri Kaieda bildirib ki, xalq baş nazir Şinzo Abenin siyasi xəttinin dəyişməsini istəmədiyinə görə, o, partiya rəhbərliyindən istefa vermək qərarına gəlib.

 

Please reload

ƏN ÇOX OXUNANLAR