PRESS NEWS AZERBAIJAN

Rusiya 20 il ərzində casusluq edən agentinin adını açıqlayıb

15.12.2014

 

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTİ) Estoniya Daxili Qoşunlarında çalışdığı 20 il ərzində onlara casusluq edən agentinin adını açıqlayıb.

 

FTİ deyib ki, Uno Puusepp Estoniyada anti-Rusiya fəalları və ABŞ, İsveç, Böyük Britaniya, bu Baltik ölkəsində çalışan digər ölkələrin təhlükəsizlik xidmətinin işi ilə bağlı onlara məlumat ötürüb.

 

Puusepp Rusiyanın NTV kanalına verdiyi müsahibəsində Estoniyadakı işindən və Federal Təhlükəsizlik Xidmətinə məlumat ötürməsindən danışıb. Puusepp deyib ki, o, 1970-ci illərdə sovet təhlükəsizlik xidmətinin əməkdaşı olub, müstəqil Estoniya hakimiyyəti də onu daxili qoşunlarda saxlayıb.

 

O, üç il əvvəl işdən azad olunub və Moskvaya köçüb.

 

Please reload

ƏN ÇOX OXUNANLAR