PRESS NEWS AZERBAIJAN

Rusiyanın silah satışı artıb

15.12.2014

 

2013-cü ildə 100 şirkətin siyahısında olan on Rusiya firmasının silah satışı, ümumilikdə 31 milyard dollar olub.

 

İsveçdə yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2012-ci ildə Rusiyanın silah satışı 20 faiz artıb. Dünən açıqlanan hesabatda beyin mərkəzi bildirib ki, qlobal müdafiə xərclərinin azalmasına baxmayaraq, Rusiyanın silah satışı Moskvanın investisiyası sayəsində genişlənir.

 

Qurumun araşdırmaçısı Siemon Vezeman deyib ki, Rusiya hökuməti 2000-ci illərdə silah alışına fasiləsiz investisiya qoyub.

 

Please reload

ƏN ÇOX OXUNANLAR