top of page

Ankaradan sərt ittiham

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanda yaşayan türklərin hüquqlarının pozulduğuna görə, Afinanı sərt ittiham edib. O, Yunanıstanın şərqindəki Komotini şəhərində türk icmasının nümayəndələri ilə görüşdə bu ölkəni türklərin hüquqlarını qorumağa çağırıb.

XİN rəhbəri Qərbi Frakidəki türk, Türkiyədə isə yunan icmasını iki ölkə arasında “dünyəvi körpü” adlandırıb: “Biz ərazimizdə yaşayan yunanların hüquqlarına hörmətlə yanaşırıq, amma Yunanıstan sanki bunun əksini edir. Yunanıstan neçə illərdir beynəlxalq məhkəmənin qərarını yerinə yetirmir. İnsanların özünü türk adlandırmasına heç kim qadağa qoya bilməz.

Bu, beynəlxalq hüquqa ziddir”. Onun sözlərinə görə, ölkələr arasında siyasi fikir ayrılıqları ola bilər, amma insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarları mütləq yerinə yetirilməlidir.

Xatırladaq ki, Avropa Şurasının Nazirlər Komitəsi Yunanıstana Qərbi Frakidə türk icmasının vəziyyəti ilə bağlı 2007-ci ilin iyununda insan hüquqları üzrə Avropa Məhkəməsinin qətnaməsinin yerinə yetirilməməsi üçün təkrar xəbərdarlıq edib.

bottom of page