top of page

Cihadçılar 1 ayda 5,000 adam öldürüblər

Yeri gəlmişkən, təkcə bu ilin noyabr ayında terrorçu qruplaşmaların hücumları səbəbindən beş min adam həlak olub. Bu haqda VVS və Radikalizmin Tədqiqatı mərkəzinin (ICSR) birgə hazırladığı hesabatda deyilir. Dünya üzrə radikal islamçı qrupların fəaliyyətini araşdıran tədqiqat qrupu yazır ki, ötən ay 14 ölkədə 664 hücum qeydə alınıb. Ən qanlı hadisələr İraqda baş verir, hesabata əsasən, cihadçı hücumlarında ölənlərin təxminən üçdə biri bu ölkənin payına düşür.

Bu sırada sonrakı yerləri Nigeriya, Əfqanıstan və Suriya tutur.

Maraqlıdır ki, İslamçı qruplaşmalar tərəfindən törədilən ölüm hallarının 60 faizi “Əl-Qaidə” ilə bağlı deyil. Hesabat müəlliflərinin fikrincə, bu fakt radikal islamçılar arasında strukturun mürəkkəbləşməsindən xəbər verir. Hesabatda qeyd olunur ki, radikal islamçılar hazırda heç vaxt olmadığı qədər güclüdürlər, onlarla mübarizə isə on illiklərlə davam edə bilər.

bottom of page