top of page

İraqın şiə icması “İŞİD”ə qarşı hərbi əməliyyatlara başlayır

İraqın şiə icmasının liderlərindən biri, ayətullah Müqtəda əs-Sədr bildirib ki, onun tərəfdarları İraq və Şam İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı hərbi əməliyyatlara başlayırlar.

Müqtəda əs-Sədrin başçılıq etdiyi “Mehdi ordusu” vətəndaş müharibəsi illərində Amerika qoşunlarının ən ciddi düşmənlərindən biri olub. “Müqəddəs Samarra şəhərinin düşdüyü durumu və terrorçu ordunun onu hədələməsini nəzərə alan lider “Sülh briqadası”na əmr verib ki, 24 saat ərzində cihada hazır olsunlar” - deyə briqadalardan birinin komandirinin dərc etdirdiyi bəyanatda bildirilir.

bottom of page