Realiti-şounun ulduzu ərəb şeyxinin yanında axşam keçirməyə razılaşıb.
PressNews.Az “Seqodnya”-ya istinadən xəbər verir ki, evli qadın statusu Kim Kardaşyana heç də bu təklifdən etiraz etməyə mane olmadı, axı ona bu şam yeməyi üçün 1 milyon dollar söz veriblər.
Ərəb şeyxindən bu təklifi telediva İnstagram hesabında alıb. Rəy onun səhifəsindən operativ şəkildə silinib. Mənbəni bilənlər iddia edirlər ki, teleulduz təklifi qəbul edib, ona görə də internet-istifadəçilərinin qəzəbindən uzaq olmaq üçün izləri silməyi qərara alıb.
İnsaydera inansaq, Kim Dubaya getməyə razılaşıb. Şeyx ilə şam yeməyi yanvar ayında baş tutacaq. Bununla yanaşı, qərb jurnalistləri aydın ediblər ki, Kimin bu səxavətli fanatının adı Adel Əl-Otaybidir.
Kane Uestin arvadının biznes təklifinə reaksiyası barədə məlumat yoxdur.
Amma belə bir gəlir mənbəyi ulduz ailəsində çoxdan təcrübədən keçirilir. Məsələn, toy qabağı Kim Vyana balına 81 yaşlı avstriyalı milyarder Riçard Luqner ilə gəlmişdi. Bayramda iştirakına görə ona 500 min dollar ödənilmişdi.