top of page

Rublun ucuzlaşması Putini hərəkətə gətirdi

Rusiya milli valyutası rublun qiymətinin kəskin ucuzlaşması fonunda Rusiya prezidenti Vladimir Putin Qərb liderləri ilə Ukrayna böhranını müzakirə edib.

Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel, Fransa dövlət başçısı Fransua Olland və Ukrayna rəhbəri Pyotr Poroşenko ilə telefonla müzakirə aparıb. Müzakirələr zamanı Ukrayna böhranı müzakirə edilib.

“Donetskdəki atəşin dayandırılması üçün ehtiyacın olduğu vurğulanıb. Zərər çəkmiş regionların iqtisadi bərpası və humanitar, sosial dəstək məsələlərinə baxılıb”,-deyə Kremlin yaydığı məlumatda deyilir.

bottom of page