PRESS NEWS AZERBAIJAN

Bombamız Serji qorxutdu

18.12.2014

 

Azərbaycanın ağıllı bombalar istehsal edəcəyi ilə bağlı yayılan xəbərlər Ermənistandan şok effekti yaradıb. 

PressNews.Az, ANS PRESS-in məlumatına istinadən xəbər verir ki, Ermənistan mətbuatında Azərbaycanın ağıllı aviasiya bombaları istehsal etməsi xəbərindən sonra erməni ekspertlərdən məsələyə münasibət öyrənilib. Erməni hərbi ekspert Arkadi Qriqoryan Azərbaycana ağıllı bombalar istehsal etmək üçün çoxlu vəsait gərək olacağını bildirib. O, erməni cəmiyyətini sakitləşdirmək üçün Azərbaycanın belə bir nəhəng layihəyə qol qoymayacağını inandırmağa çalışıb. 

"Bunun üçün onlar vertolyot parkını modernləşdirməlidirlər. Buna çoxlu vəsait tələb olunur. Bu mətbuat üçün yayılmış informasiyadır", - deyə erməni ekspert erməniləri sakitləşdirməyə çalışıb. 

Qeyd edək ki, ötən gün yayılan xəbərdə 2015-ci ildə Azərbaycan ağıllı aviabombaların serialı istehsalına başlayacağı bildirilirdi. Bunu jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir bildirib ki, 2015-ci ildə Azərbaycanda artıq "İDEX 2014" sərgisində nümayiş olunan ağıllı aviabombaların seriyalı istehsalına başlanılacaq: "Ölkə daxilində müvafiq strukturların sifarişləri artıqlaması ilə təmin olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsal gücü verilən sifarişdən qat-qat artıqdır".