top of page

Azərbaycanda dollar - rubl cütlüyü ilə əməliyyatlar məhdudlaşdırılıb

Beynəlxalq bazarlarda ABŞ dolları ilə rus rublu valyuta cütlüyünün aşağı likvidlik səbəbi ilə, bu törəmə valyuta aləti ilə marja ticarətini təşkil edən Bakı Fond Birjasinın ticarət sistemində alış sifarişlərinin açılması məhdudlaşdırılıb.

Bu barədə PressNews.Az-a Bakı Fond Birjası məlumat verilib.

ABŞ dolları ilə rus rublu valyuta cütlüyündə öncədən alış sifarişləri olan müştərilər bu əməliyyatları istənilən vaxt bağlaya bilərlər.

BFB-də USD-RUB valyuta cütlüyündə alış sifarişlərinin yenidən bərpası ilə bağlı tərəfimizdən əlavə olaraq açıqlama veriləcək.

bottom of page