top of page

"Avropa ikiüzlülüdür"

İsrailin baş naziri Benyamin Netanyahu Avropanı ikiüzlülükdə təqsirləndirib. Luksemburq məhkəməsinin Həmasın terrorçu təşkilat kimi tanınmasına qarşı çıxması, Avropa Parlamentinin Fələstin dövləti ilə əlaqədar qəbul etdiyi qətnamə, eyni zamanda, İsveçrə məhkəməsinin müharibə cinayətləri ilə əlaqədar İsraildə istintaq aparılamasına dair çağırışları nazirin sərt reaksiyasına səbəb olub. Netanyahu təkidlə qeyd edib ki, Həmas yaxın şərqdə terror mənbəyidir və İsrail bu təşkilata qarşı mübarizə aparmaqla, əslində, dolayı yolla Avropada da stabilliyi qoruyur. “İsrail Avropa dəyərlərinin qalasıdır. İsrail pluralist ölkə, demokratiyanın bariz nümunəsidir. İsraildə hər kəs qanun qarşısında bərabərdir. Hər kəsin - milli və cinsi azlıqların, qadınlarn hüquqları qorunur. Məhkəmələrimiz tam müstəqil şəkildə fəaliyyət göstərir və biz bununla fəxr edirik” “Həmas dəfələrlə millətimizi hədəfə alıb. Qarşıdurmalar zamanı fələstinlilərdən qalxan kimi istifadə ediblər. Müharibə cinayəti budur. Bu təşkilat İsrailin məhvinə çalışır. Fələstinlə o vaxt sülh bağlayacağıq ki, onlar əvvəlcə öz daxildəki ekstrimçilərə qarşı mübarizə aparacaqlar” Fələstin hökuməti 2017-ci ilin sonunadək İsrailin işğal olunmuş torpaqlardan geri çəkilməsi üçün BMT-nin Təhlükəsizlik Şurasına qətnamə ilə müraciət edib. Fələstinli rəsmiləri qətnamənin səsverməyə çıxarılmasına çalışırlar. Fələstin lideri Mahmud Abbas ötən gün qətnaməyə dair müzakirələr aparmağa hazır olduğunu deyib. “Bu torpaqlarımızın işğaldan azad olunması üçün bizim apardığımz siyasi müharibədir” - deyə Mahmud Abbas qeyd edib. İsrailin xarici işlər naziri Aviqdor Liberman Fələstin hökumətinin müraciətini faydasız adlandırıb və əks təsir verəcəyini deyib.

bottom of page