top of page

Çılpaq gözəlləri ilə ad çıxaran “din adamından” ŞOK VİDEO

Ermənistanın Regional Araşdırmalar Mərkəzini direktoru Riçard Qiraqosyan Türkiyənin A9 kanalında Adnan Oktarın qonağı olub. Adnan Oktar onunla söhbətində ermənilərin onların tarixən dostları olduğunu deyib: “Osmanlı vaxtında sizə sadiq millət deyirdik. Siz bizim bir hissəmizsiniz. Sizi canımız qədər çox sevirik. Osmanlı dövründə erməni əsilli sənətkarlar, həkimlər, hətta yüksək rütbəli paşalar var idi. Aramızı vurmağa çalışdılar, amma yenidən keçmiş gözəl günlərə qayıdacağıq”. R.Qiraqosyan isə cavabında bildirib ki, onun vəzifəsi də iki ölkə arasındakı münasibətləri düzəltməkdir: “Səmimilik və humanizm əsas götürülürsə, bu, yeganə yoldur. Biz ortaq tarixi paylaşırıq və ortaq gəlcəyi paylaşacağıq”. Ermənistanla sərhəddin açılacağını vurğulayan Adnan Oktar onu yenidən Türkiyədə görmək istədiyini deyib: “Ermənistanla viza istəmirik, onlar bizim qardaşlarımızdır. Yenidən o gözəl günləri qiyamətə qədər yaşayacağıq”. Qeyd edək ki, Adnan Oktar R.Qiraqosyanın türk dilini bilib- bilmədiyini soruşadan bildiyini desə də, bütün söhbət boyu o, ingiliscə danışır. Söhbət boyu Adnan Oktar ermənilərin gözəl, mehriban insanlar olduqlarını, onalrla türklərin münasibətlərinin kənar qüvvələr tərəfindən pozulduğunu bir neçə dəfə təkrar edib.

bottom of page