top of page

Ərdoğan İrəvana getməyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "erməni soyqırımı"nın 100-cü ildönümündə Ermənistana getməyəcək. ANS PRESS-in məlumatına görə, bunu erməni-türk münasibətlərinin perspektivlərini şərh edən erməni türkoloq Artak Şakaryan bildirib. O deyib ki, Rəcəb Tayyib Ərdoğanın bu il 24 aprel ərəfəsində verdiyi bəyanat "nümunə daş" idi. Belə olan halda Türkiyə prezidenti "erməni soyqırımı"nın 100 illiyində İrəvana gedəcəyi çətin məsələdir: "Əhməd Davudoğlunun səfəri daha çox ehtimal ediləndir. Onu xüsusilə nəzərə almalıyıq ki, o, "ümumi ağrı" haqqında tezisin müəllifidir." Digər türkoloq Qevorq Petrosyan isə "erməni soyqırımı"nın 99-cu ildönümü ərəfəsində Türkiyə prezidentinin etdiyi müraciətin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Türkiyənin özünü demokratik ölkə göstərmək üçün gələn ildə hansısa rəmzi addımlar atacağı istisna edilmir.

bottom of page