top of page

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir

"Son illərdə aparılan islahatlar, görülən işlər nəticəsində ölkəmiz gücləndi, güclü iqtisadiyyata malikdir, siyasi proseslər müsbət istiqamətdə gedir. Beynəlxalq aləmdə Azərbaycan çox böyük hörmətə malik olan bir ölkədir".

Bu barədə Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2014-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən deyib.

Ölkə başçısı deyib ki, idman aləmində isə qeyd etdiyim kimi, idmana rəhbərlik edən bütün vəzifəli şəxslər Azərbaycanın uğurlarından danışırlar. Ona görə bu Oyunlar bizə imkan verəcək ki, Azərbaycanı olduğu kimi dünyaya təqdim edək və bir daha göstərək ki, gənc müstəqil Azərbaycan böyük uğurlara imza atır, dünyaya açıqdır, ölkəmiz müasirdir, eyni zamanda, öz tarixinə, mədəni köklərinə bağlıdır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir. Bakı və Azərbaycan dünyanın ən təhlükəsiz şəhərlərindən, ölkələrindən biridir. Beləliklə, Azərbaycan dünyaya öz imkanlarını bir daha göstərəcək.

O ki, qaldı bizim idman uğurlarımıza əminəm ki, gələn il də bu uğurlar təmin ediləcək. Artıq gözəl bir ənənə vardır. İdmançılarımız həm peşəkardırlar, həm vətənpərvərdirlər, Vətənə bağlıdırlar və Azərbaycan bundan sonra da beynəlxalq arenalarda öz sözünü deyəcək.

Bu gün biz idmançıları, idman mütəxəssislərini ənənəvi olaraq təltif edəcəyik. Dövlət, xalq üçün görülən hər bir iş əlbəttə ki, dövlət tərəfindən layiqli qiymətini alacaqdır. Biz idmançıları hər il təltif edirik, müxtəlif mükafatlar verilir. Bu gün də bu mükafatlar veriləcəkdir. Əminəm ki, biz gələn il Avropa Oyunlarının qaliblərini təltif edəcəyik.

bottom of page