PRESS NEWS AZERBAIJAN

VİDEO: Dönər xoşlayanlar - bu xəbərdən sonra dəhşətə gələcəksiniz...

25.12.2014

Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsi tərəfindən şadlıq sarayları və dönərxanalarda reydlər keçiriləcək. Ona görə ki, bəzi dönərxanalarda ölü heyvan ətindən istifadə edilir, eləcə də bəzi şadlıq saraylarında da insanlara vaxtı ötmüş məhsullar təqdim edilir. Komitə sədri Ramiz Həsənov bu yaxınlarda üzərində halal etiketi yazılmış kolbasada donuz əti və piyinin aşkarlanması məsələsinə də aydınlıq gətirib.

Bəzi şadlıq saraylarında keyfiyyətsiz məhsulların təqdim edilməsi aidiyyatı qurumları hərəkətə keçirib. Standartlaşdırma metrologiya və patent üzrə dövlət komitəsi Bakı və regionlarda şadlıq saraylarını yoxlayacaq. Bu məqsədlə yeni səyyar qida labaratoriyaları alınıb. Bu labaratoriyalar qısa müddətdə bölgələrə göndəriləcək. Komitə sədri Ramiz Həsənov belə deyir:

“Paytaxtdakı restoranları yoxlamaq üçün laboratoriyalarımız var. Amma regionlarda vəziyyət yaxşı olmadığından maşınları aldıq ki bölgələrdəki vəziyyəti yoxlayaq. Yarım milyon manata almışıq. Çox müasir maşınlardır. Hətta mətbəxdə havanın keyfiyyətini sağlamlığa mənfi təsirinin olub olmamasını müəyyən edə bilərik.”

Komitənin monitorinqlərində bəzi dönərxanalarda ölü heyvan ətindən istifadə edilməsi haqqında faktlar da müəyyən edilib:

“Biz komitə olaraq tərəfdarıyıq ki, dönərxanalardakı ət kustar üsulla yığılmasın. Yəni əti dönərxanalarda hazırlamasınlar. Daha yaxşı olar ki, müəyyən sənaye müəssisələrində ət hazırlansın daha sonra bişirilmək üçün dönərxanalara göndərilsin və insanlara satılsın.”

Bir müddət əvvəl "halal" etiketi ilə satılan kolbasada donuz piyinin aşkarlanması bu sahəyə nəzarəti də gündəmə gətirib. Ramiz Həsənov bu məsələyədə münasibət bildirib:

“Məlum oldu ki həmin şirkət bizə halal standartı adı almaq üçün müraciət etmişdi. Amma göstəricilər uyğun olmadığına görə biz vermədik. Qeyd etmək istəyirəm ki bizə indiyədək 30 şirkət mürəciət edib. Daxil edilən müraciətlərlə halal standartına uyğun məhsul istehsal edən şirkət azdır. Ona görə bu məsələyə xüsusi diqqət edirik.”

 

Please reload

ƏN ÇOX OXUNANLAR