PRESS NEWS AZERBAIJAN

İslandiya Avropa İttifaqına üzvlük ərizəsini geri götürür

06.01.2015

İslandiya Avropa İttifaqına üzvlük ərizəsindən rəsmən imtina etməyə hazırlaşır. APA TV-nin məlumatına görə, ölkənin baş naziri bildirib ki, hökumət bununla bağlı rəsmi proseduralara başlamaq niyyətindədir. Bu, İslandiyanın Avropa İttifaqına üzvlükdən imtinaya dair ikinci cəhdidir. İslandiya ilk dəfə 2009-cu ilin iyulunda Avrozonada yaşanan maliyyə böhranı fonunda bu ittifaqa üzv olmaq üçün rəsmən ərizə ilə müraciət edib. O zaman hökumətin bu addımı kütləvi aksiyalara səbəb olub və ümumxalq səsverməsinin keçirilməsi ilə nəticələnib. Avropa Komissiyası İslandiyanın quruma üzvlüyünə dair müraciətinə 2010-cu ilin fevralında müsbət rəy verib. Həmin ilin yayında üzvlüklə bağlı rəsmi danışıqlar başlayıb, lakin 2013-cü ilin aprelində İslandiyada mərkəzçi Tərəqqi Partiyasının hakimiyyətə gəlməsi ilə danışıqlar yarımçıq qalıb. 

Please reload

ƏN ÇOX OXUNANLAR