top of page

Baş nazir qəbilələri "İŞİD"ə qarşı qiyama çağırdı

“İraq cəmiyyətinin "İŞİD" düşmənindən xilas olması üçün qəbilələrin inqilab etməsinə ehtiyac var.”

İnter "Al-jazeera"-ya istinadla verdiyi xəbərə görə, bunu İraqın Baş naziri Heydər əl-Abadi deyib. O, İraqın ən böyük əyaləti əl-Ənbarın qubernatorunu qəbul edərkən bu əyalətdəki qəbilələri "İŞİD"ə qarşı inqilab və üsyan etməyə səsləyib.

İraqın baş naziri bildiib ki, itirilmiş əraziləri İraq ordusu təkbaşına deyil yerli qəbilələrin dəstəyi ilə ala bilər.

Qeyd edək ki, İraqda "İŞİD" əsasən sünni qəbilələrin yaşadığı əl-Ənbar əyaləti kimi bölgələrdə irəliləyə bilib. Hazırda "İŞİD" İordaniya Suriya və Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən əl-Ənbar əyalətinin böyük hissəsini nəzarətdə saxlamaqdadır.

bottom of page