PRESS NEWS AZERBAIJAN

Azərbaycanda daha bir deputatın fəaliyyətinə son qoyuldu

07.01.2015

 

 

Qərar qəbul edilib.

 

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

PressNews.Az AzVision.az-a istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına (QDİƏT PA) baş katib seçilən Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məsələ də müzakirəyə çıxarılıb.

 

Məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

 

Qeyd edilib ki, A.Hacıyev prosedura uyğun olaraq MSK-ya müraciət edib.

A.Hacıyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.

Please reload

ƏN ÇOX OXUNANLAR