top of page

Telefonla danışıq tarifləri ucuzlaşdı

Nazirlik məlumat yaydı. 2014-cü il yanvarın 1-i tarixindən başlayaraq telefon rabitəsi tariflərinə baxılaraq əhəmiyyətli dərəcədə aşağı endirilib. PressNews.Az xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hesabatında deyilir. Hesabatda göstərilir ki, dəyişikliyə əsasən, telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45, 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə endirilib. Məlumatda o da qeyd olunur ki, tariflərin maya dəyərinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

bottom of page