PRESS NEWS AZERBAIJAN

İcra nümayəndəsinin otağında dava - VİDEO

26.01.2015

 

 

Yanvarın 26-da "Sevil" massivindən torpaq sahəsi alan şəxslər Abşeron rayonu İcra Hakimiyyəti önündə aksiya keçirib. Səbəb isə bir il bundan əvvəl aldıqları torpaq sahələrinə indi buraxılmamalarıdır. Belə ki, ötən ilin iyul ayında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi “Sevil” MTK-da qəfil yoxlamalara başlayıb. Nəticədə tikintilər dayandırılıb. “Sevil” MMC-nin rəhbəri Aynur Zeynalovun barəsində isə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

 

Bu gün isə şikayətçilər pullarının qaytarılmasını tələb edir.

 

Şikayətçilər Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə İcra Nümayəndəsi Fikrət Orucov gəlməyənə qədər onun otağını tərk etməyəcəklərini dedilər.

 

Məsələ ilə bağlı İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. 2014-cü ilin noyabr ayında isə Xırdalan şəhər icra nümayəndəsi Fikrət Orucov bildirmişdi ki, bu iş üzrə istintaq yekunlaşmadan, məhkəmə olmadan zərərçəkmişlərin vəsaiti icra hakimiyyəti və bələdiyyə hesabına ödənilir. Lakin vətəndaşlar necə deyərlər, səbrsizlik edirlər. Hamı pulunu tez almaq istəyir. Bu isə mümkün deyil.

PressNews.Az Meydan.tv-yə istinadən videonu təqdim edir: