PRESS NEWS AZERBAIJAN

“Beloçka” tumlarında bağırsaq çöpləri var? - Açıqlama

26.01.2015

 

 

 

Azərbaycanda bəzi şirkətlərin müştəriləri aldatdığı, onlara keyfiyyətsiz məhsul təqdim etdiyi ilə bağlı vaxtaşırı məlumatlar alsaq da, bu sahədə vəziyyət nəinki düzəlmir, əksinə, daha da pisləşir.

 

PressNews.Az xəbər verir ki, istehlakçı hüquqlarının pozulması ilə bağlı daha bir yazı "Bizimxeber.az" saytında dərc olunub.

 

Saytın iddiasına görə, “Ayan” MMC-nin istehsal etdiyi “Beloçka” tumlarında bağırsaq çöpləri var və bu səbəbdən istehlakçıların bu tumlardan istifadəsi təhlükəlidir.

 

Xəbərdə iddia olunur ki, hər il dünyada 10 min nəfərdən artıq insan saxta tumların qurbanı olur və bu səbəbdən istehlakçılar tum alarkən ehtiyatlı olmalıdır.

 

"Editor.az" yayılan məlumatlara aydınlıq gətirmək üçün “Beloçka” tumlarının istehsalçısı – “Ayan” MMC ilə əlaqə saxlayıb.

 

Portalımıza açıqlamasında şirkətin mühasibi Ruhəngiz Məmmədova bildirib ki, rəhbərlik yalnız elektron poçtla daxil olan suallara cavab verir.

 

Ardınca özünün də bu səlahiyyətə sahib olduğunu deyən mühasib bildirib ki, “Beloçka” heç bir əl dəyilmədən, tam sanitar-gigiyenik qaydalara uyğun hazırlanır: “Bəlkə elə bilərsiniz, burada işlədiyimə görə deyirəm. Bu yazılanlar saxtadır. Qurana and olsun, yalan söhbətdir”.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload