top of page

20 manata görə 6 il həbsxanada qalacaq


26677.jpg

Ədalət Əsgərov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq etməkdə təqsirli bilinən Ədalət Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə Ədalət Əsgərov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 1-də baş verib. Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Ədalət Əsgərov tutulub. O, Şərif Zülfüqarovun 20 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda təqsirli bilinib.

bottom of page