PRESS NEWS AZERBAIJAN

Ana körpəsini satışa çıxardı

26.01.2015

 Çində tükürpədici hadisə baş verib. Bir qadın körpəsini satarkən yaxalanıb. 

 

Hadisə paytaxt Pekində baş verib. Çinli qadın yeni doğulan oğlunu 42 min yuana - təqribən 6740 dollara satışa çıxarıb. 

 

Qadının bu addım atmasına səbəb isə yeni əri ilə arasında problemin yaranması olub. Yeni evli cütlüyün ikinci övladı olanda isə qadın əri ilə daha artıq problem yaşamamq üçün onu satmağa qərar verib. Ərinə və ailəsinə isə uşağın doğuşda öldüyünü deyib. 

 

O, bu məqsədlə insan alveri ilə məşğul olan cinayətkarlarla əlaqə qurub. Vasiəçi şəxsə bu puldan 7 min yuan verilməli idi. Lakin polislər vaxtında xəbər tutaraq sövdələşmənin qarşısını ala biliblər. 

 

Qeyd edək ki, Çində tək uşaq siyasəti səbəbilə hər il minlərlə uşaq insan alverçilərinin əlinə düşür.(anspress.com)

Please reload

ƏN ÇOX OXUNANLAR