PRESS NEWS AZERBAIJAN

Birinci Avropa oyunları ilə əlaqədar xüsusi nəqliyyat proqramı hazırlanıb

26.01.2015

 Nazir açıqlama verdi.

 

Azərbaycanda I Avropa oyunlarının keçirilməsi ilə bağlı ölkəyə gələcək əcnəbilərin və eləcə də respublika əhalisinin gediş-gəlişini təşkil etmək üçün yol-nəqliyyat sahəsi ilə əlaqədar xüsusi proqram hazırlanıb.

PressNews.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, hansı yollardan istifadə ediləcəyi bəllidir:

 

“Yəni turistlərin, qonaqların, idmançıların necə hərəkət etməsi ilə bağlı Nəqliyyat Nazirliyində proqram var”.

Ziya Məmmədov onu da vurğulayıb ki, qeyd olunan oyunlarla əlaqədar yeni Londan taksilərinin 300 ədədi Azərbaycana gətirilib:

“Onun da 200 ədədinə dövlət qeydiyyat nişanı verilib. Həmin taksilərdən 200 ədədi isə fevralın sonu, martın əvvəllərində ölkəyə gətiriləcək”.

 

Nəqliyyat naziri “Baku Bus” MMC adlı qurumun da yaradıldığını xatırladıb.

 

“Həmin qurum da Fransa şirkəti olan “İveco” markalı avtobusları ölkəyə gətirəcək. Bu avtobusların adları birinci Avropa Oyunlarına bağlı olsa da, həmçinin Azərbaycan vətəndaşlarına da xidmət edəcək”- deyə, Z.Məmmədov əlavə edib.

Please reload

ƏN ÇOX OXUNANLAR