PRESS NEWS AZERBAIJAN

Evsizlər sevinəcək – Yeni ipoteka gəlir

26.01.2015

 

 

Yaxın zamanda ipoteka kreditinin həcminin ciddi şəkildə artırılması nəzərdə tutulur.

 

PressNews.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov açıqlamasında deyib.

 

Onun sözlərinə görə, ipoteka kreditinin həcminin hazırkı səviyyədən bir neçə dəfə çox artırılması barədə Maliyyə naziri Samir Şərifovla müzakirələr aparılıb və ümumi qərar verilib.

 

Mütəxəsislərin sözlərinə görə, ipoteka kreditlərinin həcminin artırılması ilə bərabər, dəyişiklik də nəzərdə tutulur. Belə ki, fonddan ipoteka krediti alan banklar vətəndaşlar üçün evlər tikir (və yaxud ala), həmin mənzilləri kirayə olaraq evsizlərə verir; Gənclər həmin mənzillərdə kirayə haqqı ödəməklə, razılaşdırılmış müddətdən sonra evin sahibinə çevrilirlər.

 

Hazırda müzakirə olunan bu qaydanın dünyanın bir çox ölkələrində özünü doğrultduğu bildirilir. Bu ipoteka kreditinin üstünlüyü odur ki, ilkin ödəniş yoxdur və əməkhaqqının yüksək olması da tələb edilmir.

 

Azərbaycanda milli mentalitetin ev anlayışına xüsusi həssaslıqla yanaşdığını bildirən mütəxəsislər bu formanın özünü doğruldacağına və evsizlik probleminin həllinə ciddi töhfə verəcəyinə əminlik ifadə edirlər.

 

Please reload

ƏN ÇOX OXUNANLAR