PRESS NEWS AZERBAIJAN

Havalar soyuyacaq

26.01.2015

 

Sabaha olan hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PressNews.Az-a verilən məlumata görə, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında hava bəzi yerlərdə yağıntılı olacaq, günün ikinci yarısında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, mülayim cənub-şərq küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-3, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın bölgələrinda havanın əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.


Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı ehtimal edilir.

 

Please reload

ƏN ÇOX OXUNANLAR