Polis hadisə yerindən qaçan sürücünü yaxalayıb.
Baş Dövlət Yol Polisi sərxoş sürücülərə qarşı keçirdiyi reyd zamanı maraqlı hadisə ilə qarşılaşıb.
PressNews.Az xəbər verir ki, “Land Rover” markalı avtomobilin sürücüsünün sərxoş olmasından şübhələnən DYP əməkdaşları sürücüyə “saxla” əmri verib.
Sükan arxasında olan gənc oğlan yanındakı maşını vuraraq hadisədən qaçmağa cəhd göstərib. Yol polis əməkdaşları hadisə yerindən qaçan sürücünü yaxalayıblar. Gənc oğlan tutularaq polis avtomobilinə aparılıb. Sonra DYP əməkdaşları saxlanılan avtomobilin sərnişin yerində oturan xanıma yaxınlaşıb onun xəsarət alıb almadığını soruşmaq istəyəndə təəccüblərini gizlədə bilməyiblər.
Belə ki, polislərin xanım sandıqları vətəndaş əslində qadın yox, “qeyri-adi sərnişin”lərdən olub...
Qeyd edək ki, hadisəni “Avtostop” verilişinin gecə növbətçisi lentə alıb.