top of page

Bakıda müəllim müəlliməni ölümcül hala saldı — FOTO

800x571x320945_501.jpg.pagespeed.ic.nVpcum6GjZ.jpg

Bakıda kişi müəllim xanım həmkarını ölümcül döyüb.

PressNews.Az xəbər verir ki, Suraxanı rayonundakı orta məktəbin müəllimi tərəfindən döyülən 69 yaşlı xanım Müəllimə Yusifova milli.az-a müraciət edib: “45 il müəllim işləmişəm. Məni döyərək, burnumu sındırıb tanınmaz hala salan 33 yaşlı Quliyev Yaşar Ağa oğludur. Quliyev Yaşar Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbdə tarix müəllimi işləyir. Xəsarətdən sonra səhhətimdə ciddi xəstəliklər yaranıb. Sizcə, ahıl yaşlı qadına qarşı bu cür cinayət edən Quliyev Yaşar Ağa oğlu müəllim kimi fəaliyyət göstərib, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul ola bilərmi? Məncə, təhsil işçiləri sırasında bu cür şəxsin fəaliyyət göstərməsi onun dərs dediyi uşaqlar üçün də təhlükəlidir”.

“Hazırda hadisə ilə bağlı cinayət işinə Suraxanı Rayon MəhkəməsindəGülsarə İmanovanın hakimliyi ilə baxılır. Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi sonradan dəyişdirilərək 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) ilə sona çatdırılıb. Xahiş edirəm, məsələ ilə bağlı jurnalist araşdırması aparasınız. Məsələni ictimailəşdirməkdə məqsədim cinayətkarın ədalətli cəza almasıdır”, - deyə şikayətçi vurğulayıb.

800x571x88194,P20,P281,P29.jpg.pagespeed.ic.PXL5UmxcMj.jpg
800x571x320945_501.jpg.pagespeed.ic.nVpcum6GjZ.jpg

bottom of page