Məşhur aktyor təcili xəstəxanaya yerləşdirildi

Onu dəfələrlə ürəklə bağlı problemləri narahat edib.
Məşhur aktyor Qoşa Kutsenko çəkiliş zamanı özünü pis hiss edib. Qrup aktyor üçün təcili yardım çağırıb.
PressNews.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, hal-hazırda 47 yaşlı Kutsenkonun səhhəti barədə heç bir məlumat yoxdur. Onu dəfələrlə ürəklə bağlı problemləri narahat etdiyi üçün bunun ürək tutmasının olması istisna edilmir.
Həkimlər Kutsenkonun pəhrizə riayət etməsini, spirtli içkilərdən imtina etməsini tövsiyə ediblər.
Daha öncə aktyor ürəklə bağlı problemlər üzündən (2008-ci ildə) xəstəxanaya yerləşdirilmişdi.