Nazirlik məlumat yayıb.
Daxili İşlər Nazirliyi Masallı rayonunda maskalı şəxslərin evə basqını ilə bağlı məlumat yayıb.
PressNews.Az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 24-də saat 03 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində İlqar Məmmədovun yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxs onu və arvadı Qərənfili tapança ilə hədələyərək küt alətlə xəsarət yetirib və oradan qızıl əşyalar aparıb. Faktla bağlı araşdırma aparılır.