ABŞ prezidenti Barak Obama rəsmi tədbirdə növbəti dəfə saqqızla kadrlara düşüb. Amerika lideri Hindistanda Respublika günündə hərbi parad zamanı saqqızdan imtina edə bilməyib.
PressNews.Az bu barədə Vesti-yə istinadən xəbər verir.
Obama parad zamanı hindli baş nazir Narendra Modi ilə yanaşı oturub. Söhbət əsnasında Obama ağzından saqqızı çıxarıb və yenidən ağzına ataraq çeynəməyə başlayıb. Amerika lideri ilə yanaşı onun həyat yoldaşı Mişel Obama oturub, NDTV qeyd edir.
Amerika jurnalistləri Obamanın nikotin asılılığına qarşı xüsusi saqqız çeynədiyini ehtimal edirlər.