PRESS NEWS AZERBAIJAN

Masallıda oğul - atasını doğradı

27.01.2015

 

 

İlkin dindirilmə zamanı saxlanılan şəxs bildirib ki...

 

Dünən Masallı rayonunun Seybatin kəndində 1964-cü il təvəllüdlü Kamal Həmidov təxminən 20.00 radələrində öz evində ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib.

 

PressNews.Az xəbər verir ki, Masallı rayon Polis Bölməsindən Vesti.Az-a bildirilənə görə, fakt üzrə Həmidovun oğlu – 1995-ci il təvəllüdlü Mircamal Həmidzadə saxlanılıb.

 

İlkin dindirilmə zamanı saxlanılan şəxs qətli ailə münaqişəsi zəminində törətdiyini bildirib. Ata dava salıb və arvadını söyməyə başlayıb. Oğul isə anasını müdafiə edib və əlinə bıçaq alıb...

 

Fakt üzrə rayon prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload