"Səslənən bütün bəyanatlar onların yaşadıqları son uğursuzların, daxili gərginliyin ətrafında baş verən hadisələri gizlətmək üçündür"
Son günlər cəbhədə baş verən gərginlik və Ermənistan prezidentinin səsləndirdiyi fikirlərə hərbi ekspert Üzeyir Cəfərov münasibət bildirib.
PressNews.Az-a danışan ekspertin fikrincə, bütün baş verənlər Ermənistanın yaşadıqları son uğursuzların, daxili gərginliyin ətrafında baş verən hadisələri gizlətmək üçündür.
"Ermənistan prezidentindən hər hansısa normal açıqlama gözləmək düzgün deyil, ona görə ki, bu adam sübutlarla, faktlarla canidir. Zamanı, vaxtı gələcək Sarkisyan Dağlıq Qarabağda əlini batırdığı qanlara görə, cavab verəcək. Biz çox istərdik ki, o bunun cavabını sağlığında ödəsin.
Səslənən bütün bəyanatlar onların yaşadıqları son uğursuzların, daxili gərginliyin ətrafında baş verən hadisələri gizlətmək üçündür. Və o açıqlamaların da heç bir əsası yoxdur. Ermənistan axı bizə nəyi ilə hədə-qorxu gəlir?!
Biz hər dəfə Ermənistanın hədələrinə baxanda bizdə sual yaranır ki, "görəsən, bunu doğrudanmı normal insan deyir?"...
Formal da olsa, müstəqil dövlətin rəhbəri belə qeyri-ciddi bəyanatlar səsləndirməməlidir. O, özü də bilir ki, onların özləri üçün yaşayış yeri axtarmasına Azərbaycana bir neçə gün kifayət edə bilər.
Hər halda mən yenə də deyirəm ki, Serj Sarkisyan Ermənistanda çox böyük narazı kütənin ona yönələn diqqətini özündən yayındırmaq üçün cəbhədə vəziyyətin gərgin olması barədə bəyanatlar verir. Bu onların çox köhnə bicliyidir".
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan bazar ertəsi Ermənistan Müdafiə Nazirliyinin kollegiya iclasında çoxsaylı sürprizlərin gözləndiyini deyib.