top of page

"Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər"


Andris Berzinşın.jpg

Latviya prezidentindən bəyanat.

PressNews.Az "Bloomberg"ə istinad edərək xəbər verir ki, Latviya prezidenti Andris Berzinşın fikrincə, Avropa İttifaqı Rusiya və Donbas üsyançılarına qarşı əlavə sanksiyalar tətbiq edə bilər.

O hesab edir ki, qərar Avropa İttifaqının üzv-ölkələrinin xarici işlər nazirlərinin 29 yanvarda baş tutacaq növbədənkənar iclasında qəbul edilə bilər. Sözügedən iclas Ukraynada vəziyyətin kəskinləşməsinə həsr olunacaq.

"Bloomberg"ə müsahibəsində prezident bəyan edib ki, söhbət daha çox iqtisadi tədbirlərdən yox, viza və maliyyə məhdudiyyətləri tətbiq ediləcək şəxslər siyahısının genişləndirilməsindən gedəcək.

bottom of page