PRESS NEWS AZERBAIJAN

Aygün “O səs Türkiyə”dən belə ayrıldı - VİDEO

28.01.2015

“O səs Türkiyə"nin növbəti mərhələsində Aygün İsmayılova səhnəyə çıxıb.

PressNews.Az Axşam.az-a istinadən xəbər verir ki, o, “Çarpaz duellər" mərhələsində Hadisənin komandasından olan Furkanla yarışıb. Mazhar-Özkan cütlüyünün komandasında olan həmyerlimiz “I cant stand rain” mahnısını oxuyub.

Zaldakı dinləyicilərin səsverməsi ilə Aygün daha az səs faizi yığaraq yarışmanı tərk edib.

Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz oturur.

 

Please reload