top of page

Serji yandırıb tapdaladılar — FOTO


sarkisyan.jpg

Ermənistanda hakimyətə qarşı etiraz aksiyaları davam edir. Bu dəfə orduda ölən əsgər anaları prezident iqamətgahının qarşısında etiraz aksiyası keçirib. Erməni mətbuatının yazdığına görə, prezident Serj Sarkisyan 4 il qabaq prezident sarayının qarşısına yığılan orduda ölən hərbi qulluqçuların analarına söz vermişdi ki, cinayət işlərinin istintaqı ədalətli olacaq və əsgərlərin ölümündə günahkarlar cəzalanadırılacaqlar. Lakin bu gunədək vəd yerinə yetirilməyib. Bu gün həmin analar yenidən etiraz aksiyası keçirirlər. Əsgər anaları Sarkisyana verdiyi sözü tutmağı tələb ediblər və prezidentin şəklini yandıraraq tapdalayıblar. Bir müddət sonra qanun keşikçiləri fotonu götürməyi bacarıb. Sarkisyan adəti üzrə nümayişçiləri qəbul etməyib. Əsgər anaları baş keşişə də səsləniblər: "Kim üçün siz dua edirsiniz, qatil prezident üçün?" 2007-ci ildə ölən əsgər Qoar Sarkisyanın anası Tiqrana Oqandjanyan onların uşaqlarının həlak olması haqqında işlər açılmayınca sakitləşməyəcəklərini bildirib. (anspress)

bottom of page