PRESS NEWS AZERBAIJAN

İranda keçirilən Qurani-Kərim müsabiqəsində həmyerlimiz ikinci yeri tutub - VİDEO

31.01.2015

 

İranın Məşhəd şəhərində keçirilən Qafqaz və Mərkəzi-Asiya üzrə beynəlxalq Quran müsabiqəsində azərbaycanlı tilavətçi İlkin Həsənzadə ikinci yerə layiq görülüb.  

PressNews.Az xəbər verir ki, həmyerlimiz İlkin Həsənzadə müqəddəs Məşhəd şəhərində keçirilən Qafqaz və Mərkəzi-Asiya üzrə beynəlxalq Quran müsabiqəsində ikinci yeri Qurani-Kərimin tilavəti üzrə tutub.

Məlumata görə, bu müsabiqə iki yaş sinfinə bölünüb, 16 yaşdan aşağı və yuxarı yaş nümayəndələri arasında keçirilib. Müsabiqə Qurani-Kərimin avazla tilavəti, onun əzbərlənməsi və təfsiri üzrə keçirilib.

Həmyerlimiz, tilavətçi İlkin Həsənzadənin 2014-cü ildə Tehranda Quran müsabiqəsindəki tilavətini təqdim edirik: