FHN məlumat yaydı.
Bakı şəhəri Səbail rayonunda ümumi sahəsi 2530 kv.m olan “Paşa Bank” ASC-nin ikimərtəbəli inzibati ofis binasının 1-ci mərtəbəsində 3 otağın tavanı 40 kv.m sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 6 kv.m olan server otağının tavanı və giriş-çıxış kabelləri 10 p.m yanıb.
PressNews.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.