PRESS NEWS AZERBAIJAN

Azərbaycanda havanın temperaturu 16 dərəcəyədək yüksələcək

31.01.2015

 

Azərbaycanda fevral ayının ilk gününün hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, fevralın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, olacaq, arabir tutulacaq, gün ərzində yağmursuz olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.

 

Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

 

Please reload

ƏN ÇOX OXUNANLAR