Avtomobil xanım tələbəni vurub ayaqlarını sındırdı

Faktla bağlı araşdırma aparılır.
Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
PressNews.Az-ın Report-a istinadən məlumatına görə, 18 yaşlı Əlinur Şəbnəm Əlövsət qızı sahibi məlum olmayan avtomobil tərəfindən vurulub.
Piyadanı vurduqdan sonra sürücü hadisə yerini tərk edib. Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlum olub ki, onun ayaqlarının hər ikisi sınıb və kəllə-beyin travması alıb.
Qeyd edək ki, Ş.Əlinur Lənkəran Humanitar Kollecinin tələbəsidir.