Bu dəfə ermənilər məşhur futbolçudan istifadə etmək istədi.
PressNews.Az xəbər verir ki, ermənilər növbəti dəfə qondarma erməni soyqırımı ilə bağlı saxtakarlığa əl atıb.
Belə ki, "Facebook" və digər sosial şəbəkələrin erməni istifadəçiləri tanınmış futbolçu, İspaniyanın "Barselona" klubunda oynayan mərkəz müdafiəçisi Jerar Pikenin Ebola virusuna qarşı qoşulduğu aksiyanın fotosunu fotomontaj proqramı vasitəsilə istədikləri formaya salıblar. Onlar Pikenin "Birlikdə Ebolaya qalib gələ bilərik!" aksiyası zamanı əlində tutduğu lövhəni "Biz 2015-ci il erməni soyqırımını xatırlayırıq" yazısı ilə əvəz ediblər.
Erməni əsilli britaniyalı jurnalist Mark Qriqoryan şəxsi "Facebook" hesabında həmyerlilərinin bu addımını tənqid edib.
"Düşünürəm ki, soyqırıma dəstəyin bu cür fotoşoplu formada ixtirası biabırçıdır. Və sadəcə əxlaqsızlıqdır", - deyə "BBC"də işləmiş jurnalist qeyd edib.
Xatırladaq ki, noyabr ayında dünyanın ən məşhur futbolçuları Kriştiano Ronaldo, Qaret Beyl, Neymar, Xavi Ernandes, Jerar Pike, Didye Droqba daxil olmaqla, 10 futbolçu və "Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola "Birlikdə Ebolaya qalib gələ bilərik!" şüarı altında aksiyaya qoşulmuşdu.