top of page

İlk dəfə: alpinistlər donmuş Niaqara şəlaləsini fəth etdilər


Dünyada ilk dəfə kanadalı alpinistlər Will Gadd (47 yaş) və Sarah Hueniken (34 yaş) Niaqara şəlaləsinin donmuş səthilə ən üst hissəyə qalxıblar.

Pressnews.az-ın "The İndependent"ə istinadən verdiyi məlumata görə, bu iki kanadalı 45 metr məsafəni qət etməklə şəlalənin donmuş səthi ilə yuxarı qalxmağı bacarıblar. Onlar şəlaləni qalxarkən çox az, cəmi iki vasitədən istifadə ediblər: buz baltası və alpinist ayaqqabısı.

Alpinistlər üçün ən təhlükəli məqam isə Niqaranın tam donmaması olub. Belə ki, 100 km/s sürətlə və hər dəqiqə 50 min ton su axan şəlalənin kənarı ilə hərəkət edərkən onlara suyun vahiməli səsi və meydana çıxardığı duman onların işinə əməlli başlı çətinlik yaradıb.

bottom of page