Erməni klubunda azərbaycanlı futbolçu – VİDEO + YENİLƏNİB

Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq futbolçusu Şamil Qurbanov Ermənistan klubuna transferi ilə bağlı danışıb.
PressNews.Az-ın azerisport-a istinadən verdiyi məlumata görə, futbolçu Azərbaycan-Ermənistan münaqişəsinin iştirakçısı olmadığını, sadəcə futbol oynamaq istədiyini bildirib.
“Mən hər iki xalqa hörmət edirəm. Siyasətçi deyiləm. Mən sadə bir Rusiya vətəndaşıyam”, - deyə Şamil Qurbanov bildirib.
PressNews.Az xəbər verir ki, azərbaycanlı Şamil Qurbanov erməni futbol çempionatının lideri olan “Uliss” klubunun əsas heyətində çıxış edəcək.
Belə ki, Şamil artıq “Uliss”in Antalyada Moldovanın “Milsami” klubu ilə keçirdiyi qarşılaşmada erməni klubunun heyətində meydana çıxıb.
Qeyd edək ki, Şamil Qurbanov Azərbaycan əsilli rusiyalı futbolçudur. O, müdafiəçi mövqeyində oynayır. 1993-cü il aprelin 10-da anadan olub.
Şamil Rusiyanın “Volqa” gənclər akademiyasının yetirməsidir. 2012-ci ilədək Qurbanov “Volqa”nın tərkibində çıxış edib. 2014-cü ilin iyulundan o, Rusiyanın “Saturn” klubunun tərkibində Rusiya Peşəkar Futbol Liqasında 16 matç keçirib.
Müsahibələrindən birində Şamil o zaman millimizin məşqçisi olmuş Berti Foqtsun onu Azərbaycana dəvət etdiyini də bildirib.