PRESS NEWS AZERBAIJAN

Cəmiyyət möhkəm olanda dövlət möhkəm olur

06.02.2015

 Sona Vəliyeva: “Azərbaycan ailəsini zəiflətmək planının üzərində çox ağıllı başlar işləyir” 
“Çox istərdim ki, iki aydan bir Milli Məclisin deputatları, söz adamları fikir adamları bu mövzunu daha mükəmməl şəkildə gənclərə daha təsiredici və nüfuzedici formasını düşünərək məlumat versinlər”. 

AZADİNFORM xəbər verir ki, bunu Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi arasında imzalanmış “2015-2016-cı illər üçün birgə işin təşkilinə dair tədbirlər Planı”na aid keçirilən növbəti konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu çox vacib məsələdir: “Çünki dini eksterimizmə, radikalların təsirinə məruz qalmaq ilk olaraq 12-13 yaşlarından başlayır. İstərdim ki, 5, 6, 11-ci siniflərə qədər mütəmadi olaraq məktəblərlə müqavilə bağlansın və onlara bununla bağlı məlumatlar verilsin. Memorandum Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət komitəsi arasında bağlanıb. Çox istərdim ki, bu, universitetləri, məktəbləri əhatə etsin. Bu gün bizə yönələn fikirlərin əsasında ailəni zəiflətmək durur. Bunun planın üzərində çox düşünülmüş ağıllı başlar işləyir”.
O qeyd edib ki, ailə zəifləyəndə övlad ailənin, valideynin üzünə duracaq və sözünü eşitməyəcək: “Nəticədə ortada bağlar qırılacaq. Dünyada ən böyük məsələ millətin ailəsində o bağların sınmağıdır. Bax bunu ağıllı başlar oturub düşünüblər və düşünürlər. Azərbaycan cəmiyyəti və dövləti məruz qaldığı bu böyük dərdin qarşısında niyə belə güclü və sinə gərə bilir? Çünki onun ailəsi möhkəmdir. Nə etmək lazımdır? Onu ailədən sarsıtmaq lazımdır. Bu gün şərqdən və qərbdən bizə hücumlar olur. Bütün bunlar ailəmizi zəiflətməyə yönəldilib”.

S.Vəliyeva qeyd edib ki, uşaqların beyni tez yuyulur: “Əvəzində isə o yuyulan beynin yerində onlar tez toxum əkə bilirlər. Buna yol verməmək üçün sadalanan işlər olmalıdır. Sizin bu işləriniz Gənclər və İdman Nazirliyi ilə aparılmalıdır. Lazımdır ki, məktəblərdə bir qadın ailə qurumu olaraq nəzarət kimi müdaxilə edəsiniz və orada çox sevilərsiniz. Mən bunu bildiyim üçün deyirəm. İstərdim ki, həm də valideynlər o tədbirlərdə iştirak etsinlər. Onlar uşaqların qarşısında o məsələlərin qaldırılması üçün hətta sizi bağrına basar”.

S. Vəliyeva bildirib ki, valideynlər bəzən uşaqların əlindən qan ağlayırlar, öhdəsindən gələ bilmirlər: “Bir az orta ailə səviyyəsi olanlar uşaqları ödənişli məktəblərdə oxutmaq istəyirlər. Uşaqların təfəkküründə isə belə fikir var ki, mən pul ödəyirəmsə hər şey edə bilərəm. Bu mexanizm bəzən valideynlərlə məktəb arasındakı sərhədi qırır. O sərhəd, bağ qırılanda onda cəmiyyətə hər cür təsirlər yol alacaq”.

Erkən ailə qurmaq məsələsinə gəlincə S.Vəliyeva deyib ki, DQİDK və Qadın Komitəsinin məktəblərdə təsir gücü artsa bu problem həllini tapacaq: “Biz ha deyək ki, İbn Sinanın anası təhsilli olduğu üçün onun oğlu 15 yaşında bütün elmlərdən ali idi. Bu məsələni əsrin əvvəlində - 1900-cü illərin əvvəllərində Bakıda Hacı Zeynalabdinin qız məktəbi açılanda bunu Şeyxülislam Hacı Axundzadə bu qədər cahil zəmanədə “Neyləsin, neyləməsin camaat qızı məktəbə buraxsın” deyə bu sözü dedi. İbn Sinanın anası təhsilli olduğu üçün onun 15 yaşında oğlu artıq bütün elmlərdən ali idi. Qızlarınızı oxudun. Qızlar təhsilli olarsa ailələr möhkəm olur. Ailə möhkəm olanda cəmiyyət möhkəm olur. Cəmiyyət möhkəm olanda dövlət möhkəm olur. Hesab edirəm ki, bu mənada ziyalı olaraq üzərimizə düşən vəzifələr var. Çox istərdim ki, bu mövzuda bizə bütün ictimaiyyət yardımçı olsun”. 

Please reload

ƏN ÇOX OXUNANLAR